Hövzə Xəbər Agentliyinin məlumatına əsasən İslam İnqilabının Ali Rəhbəri televiziya vasitəsilə İran xalqına ünvanladığı üçüncü müraciətində belə buyurub:
Əziz İran xalqına eşq olsun. Bütün İran xalqına sonsuz salam və ehtiramımı bildirirəm.
İlk növbədə, son hadisələrdə şəhid olmuş dəyərli şəhidlərimizi o cümlədən bütün şəhid genrallarımızı və alimlərimizi hörmətlə yad edirəm. Onlar doğrudan da İslam Respublikasına böyük xidmətlər göstərmiş, fədakarcasına çalışmış və bu gün isə Allah dərgahında öz üstün xidmətlərinin əvəzini alırlar.
Bu münasibətlə İranın əziz millətini səmimi-qəlbdən təbrik etməyi özümə vacib bilirəm.
Əziz İran xalqına deyiləsi bir neçə təbrikim olacaqdır.
Bu təbriklərdən birincisi, saxta sionist rejim üzərində əldə edilən qələbəyə görədir. Bir o qədər aldadıcı səs küyə baxmayaraq sionist rejim İran İslam Respublikasının zərbələri altında faktiki olaraq diz çökdü və darmadağın oldu. Onların zehnində belə bir ehtimal yox idi ki, İslam Respublikasından bu cür güclü və həlledici zərbələr ala bilərlər. Lakin bu baş verdi. Allaha həmd edirik ki, silahlı qüvvələrimizə yardım etdi, onlar düşmənin inkişaf etmiş güclü müdafiə sistemlərini keçərək bir çox şəhər və hərbi bölgələri raket hücumları və qabaqcıl silahlarla məhv etdilər.
Bu Allahın ən böyük nemətlərindən biridir. Bu hadisə sionist rejimə aydın şəkildə göstərdi ki, İran İslam Respublikasına qarşı hər cür təcavüz onun üçün baha başa gələcək. Bu təcavüzün dəyəri ağır olacaq və rejim üçün ciddi nəticələr doğuracaq.
Çox şükür ki, bu böyük nailiyyət baş verdi. Bu şərəf silahlı qüvvələrimizə və əziz xalqımıza məxsusdur. Çünki bu xalq həmin igid əsgərlərimizi öz qucaqlarında böyüdüb və bu böyük əməliyyatı həyata keçirmək üçün onların güclənməsinə şərait yaradıb.
İkinci təbrik isə əziz İranımızın ABŞ rejimi üzərindəki qələbəsinə aiddir. ABŞ rejimi birbaşa müharibəyə daxil oldu. Amerika belə düşünürdü ki, əgər müdaxilə etməsə, sionist rejim tamamilə məhv olacaq. Ona görə də rejimi xilas etmək üçün müharibəyə girdi. Amma bu müdaxilədən heç bir nəticə əldə edə bilmədi. Onlar nüvə obyektlərimizə hücum etdilər bu isə beynəlxalq məhkəmələrdə ayrıca hüquqi araşdırma tələb edən bir məsələdir lakin ciddi heç bir nəticə ala bilmədilər.
ABŞ Prezidenti hadisələrlə bağlı şərh verərkən həddindən artıq şişirtməyə yol verdi. Bu ona buna ehtiyac duyduğunu göstərirdi. Hər kəs bu açıqlamaları eşidəndə başa düşürdü ki, bu sözlərin arxasında başqa bir həqiqət dayanır. Onlar nə istədiklərinə nail oldular, nə də real təsir göstərə bildilər. Sadəcə olaraq həqiqəti gizlətmək üçün hadisələri böyütməyə çalışdılar.
Bu cəbhədə İran İslam Respublikası qalib gəldi və ABŞ-ın üzünə sərt bir sillə vurdu. Regionda yerləşən əsas ABŞ bazalarından biri olan Əl-Üdeyd bazasına hücum edildi və ciddi ziyan vuruldu. Hadisələri əvvəlcə şişirdənlər bu dəfə onu kiçiltməyə çalışdılar. Dedilər ki, heç nə baş verməyib. Halbuki bu çox ciddi və əhəmiyyətli bir hadisə idi.
İran İslam Respublikasının regiondakı ABŞ-ın əsas obyektlərinə çıxış imkanına malik olması və lazım bildiyi anda onlara qarşı tədbir görməsi kiçik məsələ deyil. Bu böyük hadisədir. Gələcəkdə də bu kimi hadisələrin təkrarlanması mümkündür. Əgər düşmən hər hansı bir təxribata yol verərsə bu onun üçün çox baha başa gələcək və düşmən üçün ağır nəticələr ilə tamamlanacaqdır.
Üçüncü təbrik isə İran xalqının misilsiz həmrəyliyi və birliyinə aid təbrikdir. Çox şükür ki, təqribən doxsan milyonluq bir xalq tam bir vəhdət içində yekdil şəkildə, çiyin-çiyinə, yanaşı dayandı. Onlar heç bir fikir ayrılığı olmadan eyni istəklərlə, eyni məqsədlərlə birgə səsləndilər, şüarlar verdilər, danışdılar, silahlı qüvvələrin fəaliyyətlərini dəstəklədilər və bu həmrəylik gələcəkdə də davam edəcəkdir. İran xalqı bu hadisədə öz böyüklüyünü, yüksək mənəviyyatını və üstün şəxsiyyətini nümayiş etdirdi. Aydın oldu ki, lazım gəldikdə bu millətdən yalnız bir səs eşidiləcəkdir. Bu da Allaha şükürlər olsun ki, həyata keçdi.
Çıxışımda əsas vurğulamaq istədiyim məsələ isə budur:
ABŞ prezidenti son çıxışlarının birində dedi ki, "İran təslim olmalıdır." "Təslim olmalıdır"! Burada artıq söhbət nə uranın zənginləşdirilməsindən gedir, nə də nüvə sənayesindən. Məsələ İranın tam şəkildə təslim olmasıdır. Əlbəttə bu ifadə ABŞ prezidentinin başı üçün olduqca böyük və uyğun olmayan bir sözdür. Əziz İran bu tarixə, bu mədəniyyətə, bu polad iradəli xalqın milli əzminə sahib olan bir ölkə kimi həmçinin İran xalqını tanıyan hər kəs üçün "təslim olmaq" ifadəsi yalnız və yalnız bir istehza mövzusudur.
Amma bu bəyanat əsl həqiqəti ifşa etdi. ABŞ hər dəfə müxtəlif bəhanələrlə İslam İnqilabının qurulduğu gündən bu günə qədər İranla mübarizə aparır, qarşıdurmaya girir. Bir dəfə insan haqları, bir dəfə demokratiya, sonra qadın haqları, ardınca uran zənginləşdirilməsi, nüvə məsələsi, ya da raket istehsalı və.s bəhanələrindən istifadə edir. Ancaq bütün bu bəhanələrin arxasında yatan əsas məsələ yalnız budur. İranı təslim etmək.
Əvvəlkilər bu fikri açıq demirdilər, çünki bu, nə hüquqi, nə də insanlıq baxımından qəbul oluna biləcək bir iddia deyildi. Ona görə də bu həqiqəti müxtəlif başlıqlar altında gizlədirdilər. Amma Tramp bu gerçəyi açıq şəkildə dilə gətirdi və göstərdi ki, amerikalılar yalnız İranın tam təslim olmasını istəyirlər və bundan başqa bir şeyə razı deyillər. Bu çox önəmli bir məqamdır! İran xalqı bilməlidir ki, ABŞ-ın İranla qarşıdurmasının səbəbi budur. Bu İran xalqına qarşı böyük bir təhqirdir və belə bir hadisə əsla baş verməyəcəkdir.
İran xalqı böyük bir xalqdır. İran güclü və böyük bir ölkədir həmçinin qədim bir sivilizasiyaya sahibdir. Bizim mədəni və sivilizasiya sərvətlərimiz, ABŞ və ona bənzər ölkələrlə müqayisədə çox böyükdür. Kimin ağlına gələ bilər ki, İran başqa bir ölkəyə təslim olacaq? Bu sadəcə olaraq cəfəngiyyat və boşboğazlıqdır və ağıllı və agah insanlar üçün sadəcə gülünc kimi görsənir.
İran xalqı şərəfli bir xalqdır və Allahın izni ilə hər zaman şərəfli qalacaqdır. İran Allahın köməyi ilə həmişə qalibdir və qalib olacaqdır. Ümid edirik ki, uca Allah bu milləti öz lütfü və mərhəmət kölgəsində daim izzətlə, şərəflə qoruyacaqdır. Böyük Allah İmam Xomeyninin (r) məqamını uca etsin və İmam Zamanı (ə.f) və onun yardımının bu xalqın yanında qərar versin.
Xəbərin sonu
Rəyiniz